Azərbaycan derbisinin biletləri satışa çıxır

12:49 - 10 Sentyabr 2021

Premyer Liqanın III turunda sentyabrın 12-si saat 20:30-da "Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri bu gün saat 14:00-dan sonra satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.

Kassalar bu gün və sabah saat 18:00-dək, oyun günü isə 20:30-dək işləyəcək.

Xəbər xətti