"Qarabağ" - "Bazel" oyununun biletləri satışda

13:19 - 10 Sentyabr 2021

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) oyununun biletləri satışa çıxarılıb.

 

Sportal.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiymətləri müvafiq olaraq 3 manat, 5 manat, 10 manat və 40 manat təşkil edir.

 

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda koronavirus pandemiyası ilə əlaqədar stadionun tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

 

2-ci və 3-cü kateqoriya biletləri (3-5 azn) Tofiq Bəhramov adına Respublika stadionun kassalarından saat 11:00-dan 19:00-dək əldə etmək mümkündür. FAW Azərbaycan-da isə (həftəiçi saat 10:00-dan 17:00-dək; həftəsonları saat 10:00-dan 16:00-dək) VİP və 1-ci kateqoriya (10 azn) biletlər satışdadır.

 

Bundan əlavə, “Iticket.az”ın satış məntəqələri (“iticket.az”da onlayn satış) və “Park Bulvar”dakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də “28 mall” və “Gənclik mall” ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (10:00-22:00).

 

Sentyabrın 16-da keçiriləcək “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq.

Xəbər xətti