Elmar Baxşıyev: "Komandaya müdfiədə oturmaq tapşırığı verməmişdik"

20:20 - 11 Sentyabr 2021

Premyer Liqanın 3-cü turunda səfərdə "Sabah"a 2:0 hesabı ilə qalib gələn "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, qələbəni şərh edib:

 

- Öncədən də çətin oyun olacağını bilirdik. "Sabah" yaxşı komandadı. Yaxşı yerli və legioner oyunçulardan ibarət kollektivdir.

 

-  Hər iki hissənin əvvəlində müdafiədə dayanıb rəqibin üstünüzə gəlməyini gözləyirdiz. Bu taktiki gediş idi?
- Komandaya müdfiədə oturmaq tapşırığı verməmişdik. “Sabah”ın yaxşı hücumameyilli oyunçuları olduğuna görə, rəqibi müdafiədə qarşılayrdıq. Əks hücumlarda uğurlu olduq.

 

- Ötən mövsüm komandanın qol vurmaq problemi var idi. Bu mövsüm isə bu problemin aradan qalxdığı görünür.
- Ümumi götürsək, ötən mövsüm daha çox qol epizodları olurdu, dəyərləndrə bilmirdik. Bu mövsüm isə az epizoda girib, qol vura bilirik

 

- Komandanın avrokuboklar hədəfi var?
- Sırf Konfrans Liqasına getmək hədəfimiz yoxdu. Qarşıdakı oyunu düşünürük. Mövsümün uzun olduğunu nəzərə alsaq, güclənməyə ehtiyacımız var. Hücumameyilli bir oyunçumuz da olsa, kifayətlənərik.

 

- Hiss olunur ki, üzərinizdə təzyiq yoxdu. Bu rahatlığın səbəbi nədi?
- Nə etmişik ki, rahat olaq? Klubu götürsək, məşqçinin kim olmsından asılı olmayaraq, inam verir. Biz də komandaya təzyiq göstərmirik. Futbolçulara meydana nəyə görə çıxdıqlarını başa salırıq. 

 

- Asif Məmmədovun durumu necədir?
- Zədəsiciddi deyil. Asif bizim üçün önəmli oyunçudu. Oyunu onun üzrində qoyuruq. Onun meydanda olmağı üstünlükdü. Asifin gənc davamçısı da var. Ona da şans veririk.

 

- Omar etimadı doğrultdu?
- Hələ tam hazr deyil. Bir ay futbolsuz qalıb, komada ilə bir həftə məşq keçib. Omarı iki aydı izləyirdik. Getdikcə daha yaxşı performans gösətərəcək.

Xəbər xətti