"Mançester Yunayted"in 36 yaşlı forvardı Kriştiano Ronaldo bu gün Çempionlar Liqasının 1-ci turu çərçivəsində “Yanq Boyz”a qarşı keçiriləcək görüşdə meydana çıxa bilər.
Sportal.az xəbər verir ki, portuqaliyalı ulduz matçın heyətinə daxil edilib. Komandanın uruqvaylı hücumçusu Edinson Kavani isə zədə səbəbindən İsveçrə klubu ilə matçı buraxacaq.
Qapıçılar: David De Xea,Tom Hiton, Din Henderson
Müdafiəçilər: Erik Bayi, Dioqo Dalot, Viktor Vildelof, Harri Maquayr, Lyuk Şou, Aleks Telles, Rafael Varan, Aaron Van-Bissaka
Yarımmüdafiəçilər: Amad Diallo, Bruno Fernandeş, Fred, Cessi Linqard, Xuan Mata, Nemanya Matiç, Skott Maktominay, Pol Poqba, Donni van de Bek
Hücumçular: Antoni Marsial, Markus Raşford, Kriştiano Ronaldo, Ceyson Sanço, Meyson Qrinvud, Antoni Elanqa
saytlarin hazirlanmasi