"Şalke" Rüfət Dadaşovsuz qazandı

13:18 - 15 Sentyabr 2021

Almaniyanın Qərb Regional Liqasında VII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası doğma meydanda “Ahlen”lə qarşılaşıb. Matç həmyerlimizin komandasının 5:3 hesablı qələbəsiylə yekunlaşıb.

Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke-2” bu nəticədən sonra 10 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti