Rusiya millisinin çalışdırıcısı Azərbaycanla oyun haqda: "Xal itirmək olmaz"

14:00 - 16 Sentyabr 2021

Qadınlardan ibarət Rusiya yığmasının baş məşqçisi Yuri Krasnojan DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək matçdan öncə danışıb.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis sabahkı oyunla bağlı bunları deyib:

“Dünya çempionatının yeni seçmə mərhələsi öncəsi nikbinik. Müəyyən olunmuş istəklərimiz var. Qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq. Ki, final mərhələsinə pley-off oyunlarından deyil, vəsiqə qazanaq. Anlayırıq ki, hər matça hazır olmalıyıq. İstənilən rəqibə qarşı yaxşı hazırlıqlı olmaq lazımdı. Start oyunları vacibdi, yaxşı başlamalıyıq, xal itirmək olmaz. Rəqibi qiymətləndirməmək doğru olmaz”.

​Sentyabrın 17-də Moskvada keçiriləcək Rusiya – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xəbər xətti