Qvardiola Mahrez və Qrilişlə niyə mübahisə edib? - FOTO

“Mançester Siti”nin baş məşqçisi Xosep Quardiola Çempionlar Liqasının 1-ci turu çərçivəsində “Leypziq”ə (6:3) qarşı keçirilən görüşün gedişində Riyad Mahrez və Cek Qrilişlə kiçik mübahisəsi haqda danışıb.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis müdafiədəki problemlərdən narazı olduğuna görə futbolçulara qışqırdığını bildirib:

“Fasilədə onlara nə etmək lazım olduğunu dedim. Ancaq onlar bunu etmədi. Mübahisələr olur, normaldı. Rəqib əks-hücumlara yaxşı çıxırdı. Vəziyyəti idarə etmək çətin idi. Məhz buna görə də onlara göstərişlər verirdim".

Tarix: 16 Sentyabr [17:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2021
19  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio