"Zirə"nin belçikasılı: "Gözəl bir maliyyə təklifi aldım"

11:30 - 25 Sentyabr 2021

"Zirə"nin yay transfer pəncərəsi zamanı heyətinə cəlb etdiyi Loris Broqno ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, belçikalı vinger bir neçə ölkədən təklif aldığını, amma Azərbaycan təmsilçisinin təklifini qəbul etdiyini bildirib:

 

"Bu yay transfer pəncərəsində vaxtımı ayırdım və təklifləri süzgəcdən keçirdim. İsrail, Rumıniya, Niderland və hətta Səudiyyə Ərəbistanından təkliflər aldım. Doğru şeyi etmək istədim. Özüm və ailəm üçün bir seçim etdim. Həm də gözəl bir maliyyə təklifi aldım, bu barədə yalan danışmayacağam. Amma Səudiyyə Ərəbistanına imza atmaqla daha çox pul qazana bilərdim".

 

Qeyd edək ki, Loris Broqno "Zirə" ilə 2 illik müqavilə imzalayıb.

Xəbər xətti