UEFA Millətlər Liqasının finalına yüksələn İspaniya millisinin baş məşqçisi Luis Enrike açıqlama verib.
Sportal.az xəbər verir ki, o, yarımfinalda İtaliyaya qalib gəldikləri oyun (2:1) barədə danışıb:
"İtaliyanın 2 illik məğlubiyyətsizlik seriyasını qırdığımız üçün yox, finala yüksəldiyimiz üçün sevinirik. Biz kimə qarşı meydana çıxsaq, öz oyunumuzu nümayiş etdiririk. 40-50 nəfərlik futbolçu heyətimiz var və kimlər hazır olursa, onlara dəvət yollayırıq. Öz oyunumuzu nümayiş etdirib qalib gəldik və xoşbəxtik. Finalda Belçika və ya Fransa ilə qarşılaşacağıq. Rəqibin finalda önəmi yoxdur".