Draqan Stoykoviç: "Son dəqiqəyədək üstünlük bizim tərəfimizdə oldu"

Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

"Düşünürəm ki, ilk dəqiqədən sonuncu dəqiqəyədək üstünlük bizim tərəfimizdə oldu. Gözəl epizodlar, baxımlı qollar izlədik. Oyunçular yaxşı əhval-ruhiyyədə idi. Nəticənin əhəmiyyətini bilirdik. Gözlədiyimizi, istədiyimizi etdik. Yeni qol şanslarının olacağını bilirdik, buna inanırdıq. Əsas məqsəd qələbə qazanmaq idi. Matçdan öncə futbolçulara bu barədə demişdim. Oyunçularlmız verilən tapşırıqları yaxşı icra etdilər ki, bu da nəticədə öz əksini tapdı".

Tarix: 13 Oktyabr [01:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio