"Barselona" 18 yaşlı yarımmüdafiəçiyə 1 milyard avro qiymət qoydu

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Pedri ilə sözləşmənin müddətini uzadıb. Yeni müqaviləyə əsasən, 18 yaşlı yarımmüdafiəçi 2026-cı ilədək La Liqa klubunun şərəfini qoruyacaq. Gənc oyunçunun sərbəst qalmaq məbləği 1 milyard avro təyin olunub.

 

Qeyd edək ki, Pedri "Barselona"ya 2020-ci ilin yayında "Las Palmas"dan transfer olunub. İspaniya millisinin üzvü "Barsa"nın heyətində meydana çıxdığı 56 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 14 Oktyabr [16:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Noyabr 2021
29  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio