Elmar Baxşıyev: "Futbolçular meydanda öz kontrolunu saxlamağı bacarmalıdı"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 7-ci turunda doğma meydanda "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

 

"Uzun fasilədən sonra çətin olacağını bilirdik. Heyətimizde bizlə məşq prosesində iştirak etməyən futbolçular var idi. Bunları nəzərə alaraq bilirdik ki, bir az çətin ola bilər. "Zirə" liderlər sırasında qərarlaşıb. İdddiasını çempionat ərzində göstərir. Həftə ərzində komandanı çətin, ağır oyuna hazırlayırdıq. Sevindirici odu ki, komanda plan üzrə nə var idisə, onu yerinə yetirməyə çalışırdı. 

 

İlk yarıda "Zirə" müdafiədən rahat çıxmağımıza imkam vermirdi. Belə ümumi götürəndə ilk yarıdakı oyunumuzdan razıyam. İkinci hissə əvəzetmələr oyuna dəyişiklik gətirdi. İkinci yarı tam üstünlüyümüz şəraitində keçdi.

 

Nə mən, nə komanda turnir cədvəlinə baxmırıq. Sadəcə qarşıdakı oyunu düşünürük. Mövsüm uzundu, hələ komanda olaraq daha yaxsı ola bilərik. Potensialımız var. Fernan da oyunumuza rəng qata biləcək oyunçudu. Getdikcə daha yaxşı ola bilərik.

 

Son dəqiqələrdə baş verənləri emosiya ilə bağlayıram. Futbolçular meydanda öz kontrolunu saxlamağı bacarmalıdılar. Amma oyunun ajiotajı hərdən belə insidentlərə gətirib çıxarır. Çox üstünə getməyək, qabartmayaq. Futbolda olan hadisədi. Bunu normal qarşılayıram".

Tarix: 16 Oktyabr [19:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Dekabr 2021
1  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio