Nazarov ötən mövsümün ən yaxşısı oldu

22:30 - 18 Oktyabr 2021

Dmitri Nazarov Almaniyanın “Ersgebirge” klubunda 2020/21 mövsümünün ən yaxşı futbolçusu seçilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisində çıxış etmiş futbolçu “Freiepresse” nəşrində keçirilən onlayn sorğuda qalib olub.

 

31 yaşlı yarımmüdafiəçi 2016-cı ildən “Ersgebirge”nin şərəfini qoruyur. O, 2019-cu ildən sonra milliyə dəvət almayıb.

Xəbər xətti