Fatih Terimə ağır cəza verildi

11:57 - 26 Noyabr 2021

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Qalatasaray"ın baş məşqçisi Fatih Terimə ağır cəza verib.

 

Sportal.az xəbər verir ki, 68 yaşlı mütəxəssis 5 oyunluq cəzalandırılıb. Bu barədə federasiyanın rəsmi saytı məlumat verib.

 

Terimin cəzalanmasına səbəb "Fənərbaxça" ilə derbidə (1:2) qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etməsi olub. Təcrübəli mütəxəssisə əlavə olaraq 29 500 TL pul cəzası da verilib.

Xəbər xətti