"Omoniya"nın futbolçusu: "2 qol şansından istifadə etsəydik, Kiprə 3 xalla qayıda bilərik"

“Omoniya”nın yarımmüdafiəçisi Andreas Asimenos Konfrans Liqasının 5-ci turunun “Qarabağ”la oyununu dəyərləndirib.

Sportal.az xəbər verir ki, kiprli futbolçu Bakıda komandasının 2:2 hesablı nəticəsi barədə bunları deyib:

“Dünənki oyunda iştirak etdiyimə görə şadam. Məncə, özümü pis tərəfdən göstərmədim. Güclü komandaya qarşı asan olmayacağını bilirdik. 

Gənc olsam da, oyuna hazır idim. Bu nəticə bizim üçün yaxşı idi. Amma qələbə hesabını qoruyub-saxlaya da bilərdik. İki real qol şansımızdan istifadə etsəydik, Kiprə 3 xalla qayıda bilərdik”. (24 sports)

Tarix: 26 Noyabr [14:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Yanvar 2022
28  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio