Azərbaycan Premyer Liqasının 13-cü turunda "Qəbələ" "Zirə"nin qonağı olub.
Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda evdə "Qəbələ"yə uduzub. Qonaqlar Ürfan Abbasov və Rövlan Muradovun qolları ilə rəqibinə qalib gəlib. Ev sahiblərindən isə Davit Volkov fərqlənib.