Rəşad Sadıqov: "Emin qədər uğurlu mövsüm keçirən ikinci futbolçu tanımıram"

13:25 - 13 Dekabr 2021

"Möhtəşəm tədbir keçirirsiniz. Bir az həyəcanlıyam. İdmanımızın möhtərəm şəxləri burdadır. Bütün idman ailəmizi təbrik edirəm. Əvvəl idmançı idik, indi isə mütəxəssisik".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsi üzrə qaliblərin mükafatlandırılması mərasimində deyib.

 

39 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan idmanı 30 il ərzində böyük uğurlara imza atıb: "Bəzən baxırsan ki, olimpiada uğursuz kimi qeyd olunur. Mən belə düşünmürəm. Olimpiadada böyük uğurla çıxış etmişik. İdmançılarımız istədikləri kimi hazırlaşa bilməyib. Hamı bilir ki, məşqlərdən uzaq qalmaq idmançıya necə təsir edir. Aparıcı idmançılarımız var ki, olimpiadaya qatılmayıb. Buna baxmayaraq olimpiya yığmamız sonadək vuruşdu. Mənə görə komandamız əlindən gələni etdi. 3 idmançımız finala yüksəldi. Paralimpiyaçılarımız 14 medal qazanıb, “Qarabağ” qrupdan çıxıb. Bu, mənim də arzum idi. Amma qismət olmadı. Buna baxmayaraq hamı kimi sevindik”.

 

Sadıqov Azərbaycanda ilin futbolçusu seçilən Emin Mahmudovu ürəkdən təbrik etdiyini söyləyib: "Emin qədər uğurlu mövsüm keçirən ikinci futbolçu tanımıram. O, həm “Neftçi”nin lideridir, həm də millinin aparıcısı futbolçusudur". (report)

Xəbər xətti