"Milan"ın futbolçusu 2 aylıq sıradan çıxdı

23:18 - 14 Yanvar 2022

"Milan"ın futbolçusu Fikayo Tomori zədələnib.

Sportal.az xəbər verir ki, həkim müayinəsindən keçən müdafiəçinin 2 ay oynamayacağı bəlli olub.

Tomori İtaliya kubokunun "Cenoa" ilə görüşündə sıradan çıxıb. 

“Çelsi”nin yetirməsi olan 24 yaşlı müdafiəçi “Brayton” , “Hall Siti”, “Derbi” klublarında oynayıb. Kanadanın U-20 yığmasında oynamış Tomori İngiltərə millisində də çıxış edib.

Xəbər xətti