"Mançester Siti" "Çelsi"ni məğlub etdi - VİDEO

18:24 - 15 Yanvar 2022

Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, lider "Mançester Siti" doğma meydanda "Çelsi"ni qəbul edib. Qarşılaşma Pep Qvardiolanın yetirmələrinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 56-ya yüksəldən "Mançester Siti" Premyer Liqada turnir cədvəlinin lideridir. 43 xalı olan "Çelsi" isə 2-ci pillədə qərarlaşıb.

 

"Mançester Siti" - "Çelsi" 1:0

Qol: Kevin De Bröyne, 70

 

Xəbər xətti