"Legiya"nın idman direktoru: "Mahir Emrelinin indi etdikləri gələcəyinə zərbə vuracaq"

20:41 - 17 Yanvar 2022

"Legiya"nın idman direktoru Yatçek Zelinski Azərbaycan millisinin forvardı Mahir Emremli ilə yaranan problem barədə danışıb.

Sportal.az xəbər verir ki, Varşava klubunun rəsmisi məsələ haqda bu cür danışıb:

"Bu, Emrelinin günahı deyil. Çox güman ki, ətrafı ona çox pis təsir edir. O, bizim oyunçumuzdu. Ancaq indi etdikləri gələcəyinə zərbə vuracaq. Hazırda hüquqşunas səviyyəsində iş gedir.

Arqumentlərimiz kifayət qədər güclü və balanslıdı. Bütün bunların necə bitəcəyini söyləmək çətindi. Onunla maraqlanan klublara gəlincə, agentlər sanki azad agent kimi işləyirlər. Bu yanlış yanaşmadı. O, “Legiya”nın oyunçusudu və bizə heç bir təklif gəlməyib, hələ qarşıda araşdırma olacaq. Bu mübahisəli işdə bizim xeyrimizə oynayan kifayət qədər arqumentlər var".

Xəbər xətti