"Barselona"nın müdafiəçisi sıradan çıxdı

12:05 - 18 Yanvar 2022

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin mərkəz müdafiəçisi Samuel Umtiti sıradan çıxıb. Komandanın məşqi zamanı ayağı sınan 28 yaşlı futbolçu əməliyyat olunacaq. Fransalı müdafiəçinin yaşıl meydanlara dönəcəyi tarix məlum deyil.

 

Qeyd edək ki, Samuel Umtiti cari mövsümdə "Barselona"nın heyətində 1 oyunda meydana çıxıb.

Xəbər xətti