17 il əvvəl "Pünik"lə oyunun iştirakçısı: "Həmin oyunda qələbəmizin baş memarı Ramin Musayev idi" - MÜSAHİBƏ

13:19 - 20 Yanvar 2022

19 yanvar "Neftçi"nin "Pünik" üzərində unudulmaz qələbəsindən 17 il keçir. Həmin oyunun iştirakçılarından olan Ruslan Abbasov Sportal.az saytına müsahibəsində o anları xatırlayıb:

- Bu gün 20 yanvar faciəsindən 32 il ötür. "Neftçi" 17 il 19 yanvar günündə "Birlik kuboku"nda "Pünik"ə qalib gələ bilmişdi. Həmin tarixi oyunu necə xatırlayırsan? 
- Öncə, 20 yanvarda həyatı itirən şəhidlərimizə Allahdan rəhmət diləyirəm.  Həmçinin torpaqlarımızın uğrunda şəhid olanlara da Allah rəhmət etsin, Allah hamısından razı olsun. Qazilərimizə isə can-sağlığı arzulayıram. Onların sayəsində bu gün alnıaçıq, başı dik gəzirik. Oyuna gəldikdə, bunu sözlə ifadə etmək olmur. Azərbaycanın ermənilərlə ilk oyunu idi. Həyəcan çox idi. Fikrimiz yalnız bu oyunu qalib başa vurmaq idi. Legionerlər də heç bizdən fərqlənmirdi, yerlilər kimi mübarizə aparırdı, əziyyət çəkdi. Kollektivdə gözəl mehribançılıq var idi, onun sayəsində qalib gəldik. Həmin oyunuöncəsi gecəni yata bilməmişdik ki, nə bahasına olursa-olsun "Pünik"i udmalıyıq. Allah da kömək oldu, qalib gəldik. Gözəl anlar idi. 

- Böyük ehtimalla kollektivdə həyəcan yüksək idi. Matça necə hazırlanmışdınız ki, oyunqabağı həyəcanınızı aradan qaldırasınız?
- Əlbəttə ki, həyəcan yüksək idi. Allah can sağlığı versin, oyundan əvvəl Rövnəq Abdullayev, Elxan Məmmədov, Elşad Nəsirov gəldilər, kollektivlə görüşdülər. Onlar komandaya dəstək oldu, dayaq oldular bizə. Dedilər ki, narahatçılığa heç bir səbəb yoxdu. "Pünik"ə qələbəmizin baş memari Ramin Musayev idi. Allaha and olsun, oteldən avtobusa gedənə qədər elə atmosfer yaratmışdı ki, elə ruh yüksəkliyi var idi, sanki "Pünik" matçına yox, adi oyuna gedirik. Heç 1 qram həyəcan belə qalmamışdı məndə. Oyuna gedə-gedə fikirləşirdik ki, doğurdan "Pünik" matçına gedirik? Yəni, o cür motivasiya var idi. Ramin Musayevin əziyyətini qeyd etmək istədim. Çünki doğrudan da çox əziyyət çəkdi. Əziyyət çəkən uşaqlara təşəkkür edirəm. 

- "Pünik"lə matçda bir neçə epizod var ki, rəqibə qarşı sərt oynayırsan, hətta 2 sürüşmə fəndini bir neçə saniyə ərzində edirsən. Gərginlikdən irəli gəlirdi, yoxsa rəqibə xəsarət yetirmək istəyirdin?
- Mən Tovuzda yaşayıram uşaqlıqdan və bura da cəbhə bölgəsidi. Məktəb illərini ermənilərlə müharibə vəziyyətində keçirmişik, kəndimizə toplar düşüb. Rayondan nə qədər şəhidlərimiz olub, evlərimiz dağıdılıb. Bizim də yanımıza top düşüb. Yəni düşmənin nə olduğunu bilirəm. "Pünik" oyununda istək çox idi. Allah da sanki mənə 5 qat güc vermişdi. Həmin oyunda 90-cı dəqiqə gedirdi, Allaha and olsun 1 qram yorğunçuluğum yox idi. Halbuki gərgin oyun keçmişdi. Bir epizod var, uşaqlar indi də ondan danışır. 1-ci qoldan sonra 10 metrə tullanıram. Nəinki mən, hamıya Allah güc vermişdi. Elçin Rəhmanova sizin vasitənizlə salam göndərirəm. O, daha çox 5 metrdə oynayır, yəni ki, texnikası var, qaçmağa heç vaxt həvəsi olmayıb. "Pünik"lə matçda Elçini görərdiniz, Zidan kimi oynayırdı, hamıdan çox qaçırdı, işləyirdi. Elçin Rəhmanov həyatında qaçmadığı qədər məhz həmin matçda qaçmışdı. Gücümüz çox idi, yorulmamışdıq. Şəxsən mən 1 qram yorulmadım.

- Həmin vaxtı meydançada daha çox qələbəni düşünürdüz, yoxsa dava düşməsini belə istəyirdiniz? 
- İlk növbədə qələbə haqda düşünürdük. Amma fikrimizdə var idi ki, Allah göstərməsin, son dəqiqəyə yaxın nəticə yaxşı olmasa, dava da salaq. Şəxsən mən 90-cı dəqiqəyə məğlub girsəydik, qırmızı vərəqə alsam da, erməni futbolçunun vurub, ayağını qırmağı fikirləşirdim. Amma ilk növbədə fikirləşdiyimiz istək bizə daha yaxın oldu, qalib gəldik. Davanı da fikirləşirdik. Şəxsən mənim ağlımdan keçirdi ki, yaxşı nəticə olmasa, hansısa futbolçunun ayağını qırım.

- Matçdan sonrakı hisslər necə idi? Rəqib deyəsən, dərhal meydanı tərk etmişdi. Amma oteldə onlarla dava etmişdiniz. Həmin anı necə xatırlayırsan?
- Oyundan sonrakı hissləri izah etmək çətindi. Göylərdə uçurdum. Bilmirdim ki, qələbəni necə qeyd edim. O qədər sevincli idik. Möhtəşəm qələbə idi, xalqımıza yaşatdıq. Oyundan sonra oteldəki davaya gəlincə, ermənilər 20 nəfər idi, bizim uşaqlar 5-6 nəfər. Ancaq biz gələnə kimi sakitçilik yaranmışdı. Ermənilər qorxaq millətdi, yalandan səs-küy etdilər. Hamısı bir yerə yığılmışdı, güclü dava da olmadı. 20 nəfərlə bizim 5-6 uşaqlara qarşı yalnız səs-küy sala bilirdilər, başqa heç nə. Ömür boyu qorxaq millət olublar. Onların bizimlə dava etməyə gücü, cəsrəti çatmaz. "Pünik"lə oyunları danışdım, yenidən həmin anları yaşadım.​

- İndiki komanda haqda hansı fikirdəsən? Səncə, komanda bu mövsüm çempionluq mübarizəsini davam etdirə biləcək? Hazırda "Qarabağ"la 11 xalllıq fərq var...
- Həqiqətən ovaxtkı kolletkiv, uşaqlar arasındakı münasibəti xatırlayıram, gözəl kollektivimiz var idi. Güclü oyunçularımız var idi, gözəl komandaydıq. İndiki “Nefti” zəif deyil, özünə görə komandadı. Amma o vaxtki yerlilər və legionerlərin sintezi başqa idi. Komandamızda Giorgi Adamiya kimi legioner var idi. Azərbaycan futbolunun "qaymaq"ları bizdə oynayırdı, Vidadi Rzayev, Mahmud Qurbanov, Zaur Tağızadə, Qurban Qurbanov. Tam səmim deyirəm, fəxr edirəm ki, bu cür futbolçularla birlikdə oynamışam. Allah hamısının canını sağ etsin. Rəşad Sadıqov da qarşımızdı, "Turan"dan birlikdə oynamışıq. Bəlkə də hər futbolçuya qismət olmaz, bu cür "qaymaq"larla birlikdə oynamaq. Çempionluq mübarizəsinə gəldikdə, "Neftçi"nin "Qarabağ"la aradakı 11 xallıq fərqi, aradan qaldıracağına inanmıram. Doğrudu, oynayıb, əllərindən gələni edəcəklər. Yəqin 2-ci yer üçün oynayarlar. Çünki inanmıram ki, Qurban müəllim bu şansı əldən versin. Allah qoysa, güclü qalib gələr. Bütün komandalarımıza uğurlar arzu edirəm. 

Xəbər xətti