"Şanxay Port"dan "Barselona"ya?

22:29 - 21 Yanvar 2022

"Şanxay Port"un futbolçusu Oskar "Barselona"da oynaya bilər.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Kataloniya klubundan dəvət aldığını və transferin mümkün olduğunu bildirib.

Asiya klubu 2024-cü ilə qədər müqaviləsi qüvvədə olan futbolçunu azad agent kimi buraxmaq istəmir. 

“Sao Paolo”, “İnternasyonal”, “Çelsi” klublarında çıxış etmiş Oskar 2017-ci ildən Çində çıxış edir.

Xəbər xətti