İranlı forvard "Bayer"ə keçdi

Rusiya "Zenit"inin futbolçusu Sərdar Azmun 2022/2023 mövsümündən Almaniyanın "Bayer" klubunda çıxış edəcək.

 

Sportal.az Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki,  27 yaşlı hücumçu ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. İranlı forvard Bundesliqa təmsilçisinə "Zenit"lə  sözləşməsi bitdikdən sonra keçəcək.

 

Qeyd edək ki, Azmun 2019-cu ilin yanvarından "Zenit"də çıxış edir. İran millisinin üzvü cari mövsümdə "Zentin"in heyətində meydana çıxdığı 21 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 23 Yanvar [11:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio