İran yığmasının sabiq üzvü Bakıya gəldi

17:10 - 24 Yanvar 2022

Qış təlim-məşq toplanışını Bakıda keçirən “Keşlə” daha bir futbolçunu baxışdan keçirmək qərarına gəlib.

Sportal.az saytının məlumatına görə, paytaxt klubu baxışa İranın U-19 yığmasının sabiq futbolçusu Nima Daqestanini dəvət edib.

Son klubu “Golreyhan” olan Daqestani əvvəllər İranın U-15, U-16 və U-19 yığmalarında çıxış edib.

Sağ cinah müdafiəçisi Sənan Qurbanovun etimadını doğrultsa, onunla 6 aylıq müqavilə imzalanılacaq.

Xəbər xətti