Millimizin qapıçısı: "Asan təslim olmayacağıq"

12:28 - 25 Yanvar 2022

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində qarşılaşacağı İspaniya ilə oyuna hazırlığı davam etdirir. Komanda ötən gün oyunun keçiriləcəyi arenada növbəti məşqə çıxıb.

Sportal.az xəbər verir ki, məşqdən sonra yığmanın qapıçısı Emin Kürdov federasiyanın mətbuat xidmətinə açıqlama verib:

“İspaniya ilə oyuna hazırlığımız davam edir. İlk oyunda Gürcüstan yığmasına uduzduq. Təbii ki, belə olmasını istəməzdik. Bərabər səviyyədə keçən bir oyun idi. Sonda penaltidən buraxdığımız qolla məğlub olduq. Artıq bu oyunu yaddan çıxarmağa çalışırıq. Qarşıda İspaniya millisi ilə oyun var. Bu komanda nəinki bizim qrupun, hətta turnirin əsas favoriti hesab olunur. Bu rəqiblə oyuna ciddi hazırlaşırıq. Asan təslim olmayacağıq, öz oyunumuzu oynayacağıq. Hələ qrupdan çıxmaq şansımız var. Müharibə davam edir. Sonadək mübarizə aparacağıq. Azərbaycan xalqını, millətimizi sevindirməyə çalışacağıq”.

Xəbər xətti