"Şamaxı"dan "Səbail"ə 5 cavabsız qol - VİDEO

19:33 - 2 May 2022

Azərbaycan I Divizionuda XXIV turun oyunları baş tutub.

 

Sportal.az xəbər verir ki, "Şamaxı-2" öz meydanında "Səbail-2"ni qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 5:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 38-ə yüksəldən "Şamaxı-2" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 15 xalı olan "Səbail-2" isə 12-ci yerdədir.

 

“Şamaxı-2” – “Səbail-2” - 5:0
Qollar: 
Emin Rüstəmov, 30 (öz qapısına), Samir Abdullayev, 35, Kamal Kazımov, 43, Vüsal Qənbərov, 48, Qurban Səfərov, 87

 

Xəbər xətti