"Səbail" Şamaxıda qapıçısını itirdi

17:22 - 3 May 2022

"Səbail" Azərbaycan Premyer Liqasının 25-ci turunun oyununda səfərdə "Şamaxı"nın qonağıdır.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilsiçi bu görüşdə ciddi itki ilə üzləşib. "Dənizçilər"in qapıçısı Rəşad Əzizli qarşılaşmanın ilk hissəsində zədələnərək meydanı tərk edib. Onu Hüseynəli Quliyev əvəz edib.

 

Qeyd edək ki, ilk hissəsi başa çatan "Şamaxı" - "Səbail" matçında hesab açılmayıb.

Xəbər xətti