"Zirə" milli üzvünü itirdi

19:10 - 4 May 2022

"Zirə" Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində doğma meydanda "Qəbələ" ilə qarşılaşır.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi bu görüşdə ciddi itki ilə üzləşib. "Qartallar"ın qapıçısı Mehdi Cənnətov matçın 45-ci dəqiqəsində zədələnib. Azərbaycan millisinin üzvü oyunu davam etdirə bilməyib və fasilədə Anar Nəzirovla əvəzlənib.

 

Qeyd edək ki, "Zirə" - "Qəbələ" matçında hazırda ikinci hissə davam edir və qonaqlar hesabda 2:0 öndədir.

Xəbər xətti