"Yuventus" futbolçusunu "Torino"ya satdı

"Yuventus"un futbolçusu Rolando Mandraqora karyerasını "Torino"da davam etdirəcək.

Sportal.az xəbər verir ki, bu barədə italyan jurnalist Nikol Skira tvitter hesabında məlumat yayıb.

Yarımmüdafiəçi mövsümün əvvəlindən icarə əsasında "Torino"da çıxış edir. Turin klubu 24 yaşlı futbolçunun transfer hüquqlarını 9 milyon avroya alıb.

Mandraqora bu mövsüm A Seriyasında 20 oyuna çıxıb. Futbolçu İtaliya yığmasına da dəvət alır.

Tarix: 13 May [13:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio