"Həm həyəcanlıyıq, həm də çox yaxşı oynayacağımızı bilirəm"

12:14 - 18 May 2022

"Ayntraxt"ın baş məşqçisi Oliver Qlasner Avropa Liqasının finalında "Reyncers"ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis matça hazır olduqlarını söyləyib:

"Futbolçularım bu matçı oynamaq üçün lazım olan təcrübəyə və inama sahibdirlər. Nə etməli olduqlarını yaxşı bilirlər. Mənə ehtiyacları yoxdur. Hazırıq. Həm həyəcanlıyıq, həm də çox yaxşı oynayacağımızı bilirəm. Bütün Avropa bu oyunu gözləyir. Müdafiədə etibarlı olub, kəsərli hücumlar etməyə çalışacağıq. Kuboku qazanmaq böyük uğur olacaq".

Bu gün baş tutacaq "Ayntraxt" - "Reyncers" matçı saat 23:00-da başlayacaq. 

Xəbər xətti