"Zirə"nin hücumçusunun milliyə çağırılmama səbəbi açıqlandı

12:18 - 21 May 2022

"Zirə"nin futbolçusu Davit Volkov Gürcüstan yığmasına dəvət almayıb.

Sportal.az xəbər verir ki, millinin baş məşqçisi Villi Sanyol forvarda dəvət göndərməməsinin səbəbini açıqlayıb. O, Volkovun "Zirə"də son vaxtlarda qol vura bilmədiyinə görə yığmaya çağırılmadığını bildirib.

26 yaşlı hücumçu Azərbaycan Premyer Liqasında 27 oyunda 11 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Volkov Gürcüstan millisində keçirdiyi 3 oyunda 1 qol vurub.

Xəbər xətti