Millimiz Litvanı üçüncü oyunda da məğlub etdi

17:31 - 21 May 2022

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Litva milli komandası hazırlıq çərçivəsində bu gün millimizlə sonuncu yoldaşlıq oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin heyətində Ramil Əliyev və Amid Nəzirov fərqlənib.

 

Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən millimiz yekunda 5:3 hesablı qələbə qazanıb.

 

Azərbaycan millisi əvvəlki iki yoldaşlıq matçında da bu rəqibinə qalib gəlmişdi.

Xəbər xətti