"Liverpul"dan ilk transfer - RƏSMİ

13:58 - 23 May 2022

İngiltərənin "Liverpul" klubu yeni mövsüm üçün ilk transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" "Fulhem"in yarımmüdafiəçisi Fabio Karvalyonu heyətinə cəlb edib. 19 yaşlı futbolçu ilə 1 iyul tarixindən qüvvəyə minəcək müqavilə imzalanıb. Məlumatı "Liverpul"un rəsmi saytı yayıb.

 

Portuqaliyalı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

 

Fabio Karvalyo "Fulhem"in yetirməsidir. Gənc futbolçu başa çatan mövsümdə Çempionşipdə meydana çıxdığı 36 oyunda 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti