UEFA Millətlər Liqasının C Divizionunun ilk turunda Azərbaycan millisini qəbul edəcək Qazaxıstan yığması növbəti itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, "Axmat"ın futbolçusu Marat Bıstrov zədələndiyinə görə millidən uzaq düşüb.
Onun əvəzinə baş məşqçi Maqomed Aiyev "Aktobe"dən Alibek Kasıma dəvət göndərib.
İyunun 3-də "Astana Arena"da keçiriləcək Qazaxıstan – Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.