Abbasov Konfrans Liqasının təsnifat matçlarında "Qəbələ"yə kömək edə bilməyəcək

23:12 - 25 May 2022

İki gün öncə əməliyyat edilən "Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov komandasına Konfrans Liqasının təsnifat mərhələsində kömək ola bilməyəcək.

Sportal.az saytına verilən məlumata görə, 29 yaşlı futbolçu minimum 4 ay meydanlardan uzaq qalacaq. 

Onun ən yaxşı halda sentyabrda məşqlərə başlayacağı ehtimal edilir.

Bu isə “Qəbələ”nin avrokuboklarda hansı mərhələyə qədər irəliləməsindən asılı olmayaraq Abbasovun təsnifat oyunlarında meydanada olmayacağını göstərir.

Xəbər xətti