"Araz-Naxçıvan" baş məşqçi ilə 3 illik müqavilə imzaladı

22:57 - 17 İyun 2022

Yeni mövsümdə I Divizionda çıxış edəcək "Araz-Naxçıvan"da baş məşqçi Azər Bağırovla müqavilə yenilənib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə yeni - 3 illik sözləşmə imzalanıb. 

Bağırovla yanaşı, klubun futbol akademiyasının direktoru Adil Şükürovla da 3 illik müqaviləyə imza atılıb.

Xəbər xətti