Məşhur futbolçu karyerasını başa vurdu

Serbiyalı futbolçu Aleksandr Kolarov peşəkar karyerasını başa vurub.


Sportal.az xəbər verir ki, bu barədə müdafiəçi özü açıqlama verib. "İnter"in son cinah müdafiəçisi 36 yaşında peşəkar futbolla vidalaşıb.


Aleksandr Kolarov karyerası ərzində "Çukariçki", "Latsio", "Mançester Siti", "Roma" kimi klublarda oynayıb. Təcrübəli futbolçu 2020-ci ilin yayından "İnter"də çıxış edirdi. O, başa çatan mövsümdə Milan təmsilçisinin heyətində 4 matçda meydana çıxıb. Kolarov Serbiya millisinin heyətində 94 oyun keçirib və 11 qol vurub.

Tarix: 19 İyun [14:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio