UEFA Region Kuboku: "Cəbrayıl" cavab matçına çıxır

10:59 - 26 İyun 2022

UEFA Region Kubokunda mübarizə aparan “Cəbrayıl” komandası bu gün ilkin seçmə mərhələnin II qrupunda növbəti və sonuncu oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, təmsilçimiz Şamaxı şəhər stadionunda keçiriləcək oyunda Belarusun “Kolos” komandası ilə qarşılaşacaq. Bu komandalar arasında iyunun 24-də baş turmuş ilk qarşılaşma 2:1 hesabı ilə Belarus təmsilçisinin xeyrinə başa çatıb. Oyunu idarə edəcək hakimlər briqadasını nəzərinizə çatdırırıq:

 

“Cəbrayıl” - “Kolos”
26 iyun. Şamaxı şəhər stadionu. Saat 16:00
Baş hakim: David Smayc (Sloveniya)
Baş hakimin köməkçiləri: David Gabrovec (Sloveniya), Pascal Hirzel (İsveçrə)
Dördüncü hakim: Luca Cibelli (İsveçrə

Xəbər xətti