"Qəbələ"nin rəqibi onları icarəyə verdi

18:33 - 27 İyun 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" iki futbolçusunu icarəyə göndərib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mario Zeke və Sabo Levente "Keşkemet"də oynayacaq.

"Qəbələ"nin "Fehervar"la ilk görüşü iyulun 21-də Macarıstanda keçiriləcək. Bir həftə sonra isə Qəbələdə cavab qarşılaşması baş tutacaq. 

Xəbər xətti