"Real"ın futbolçusu Reynierə Portuqaliyadan təklif gəlib.
Sportal.az "Goal"a istinadən xəbər verir ki, "Benfika" "kral klubu"nun futbolçusu üçün hərəkətə keçib.
Lissabon təmsilçisi 20 yaşlı yarımmüdafiəçini icarəyə götürmək niyyətindədi.
Reynier 2020-ci ildə “Flamenqo”dan “Real”a (Madrid) keçmişdi. O, 2020-2022-ci illərdə “Borussiya”da (Dortmund) icarə əsasında çıxış edib.