Bakı klubunun 40-cı səfər məğlubiyyəti

14:51 - 8 Avqust 2022

“Səbail” Premyer Liqada 40-cı səfər məğlubiyyətini alıb.

 

Sportal.az xəbər verir ki, bu, 2022/23 mövsümünün ilk turuna təsadüf edib.

 

Misli Premyer Liqasına “Qarabağ”a 1:3 hesablı məğlubiyyətlə başlayan Bakı klubu bunadək 39 səfərdən xalsız dönüb. Paytaxt təmsilçisi rəqib meydanındakı 67 görüşdə 14 qələbə və 13 heç-heçəyə də nail olub.

 

Qeyd edək ki, Premyer Liqada 2017/18 mövsümündə debüt edən “Səbail” səfərdəki ilk məğlubiyyətini 2017-ci il avqustun 13-də “Zirə”dən alıb – 1:2.

Xəbər xətti