"Araz- Naxçıvan" Türkiyə klubu ilə heç-heçə etdi

21:58 - 9 Avqust 2022

Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Araz- Naxçıvan" növbəti yoxlama görüşünü keçirib.

 

Sportal.az xəbər verir ki, komandanın bu dəfəki rəqibi Türkiyə yığmasının və "Qalatasaray"ın keçmiş futbolçusu Ümit Karanın baş məşqçisi olduğu "24 Erzincanspor" olub.

 

"Araz- Naxçıvan" meydanı "sülh"lə tərk edib - 3:3. "Qırmızı-ağlar"ın həyətində Söhrab Qoli Fəxrabadi (20-ci dəqiqə), Ayxan Həsənov (26-cı dəqiqə) və Bayraməli Qurbanov (48-ci dəqiqə) fərqlənib.

Xəbər xətti