"Atalanta" rus hücumçunu icarəyə verdi

18:05 - 11 Avqust 2022

İtaliyanın "Torino" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Atalanta"dan Aleksey Mirançuku transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Rus hücumçu 2022/2023 mövsümünü icarə əsasında "Torino"da keçirəcək. 26 yaşlı forvardın müqaviləsində 12 milyon avroluq satınalma maddəsi qeyd olunub.

 

Qeyd edək ki, Aleksey Mirançuk "Atalanta"ya 2020-ci ilin sentyabr ayında Moskva "Lokomotiv"indən transfer olunub. Rusiya millisinin üzvü son mövsümdə Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 25 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti