Ançelotti karyerasını bitirəcəyi tarixi açıqladı

17:53 - 13 Avqust 2022

"Real"ın baş məşqçisi Karlo Ançelotti məşqçilik karyerasını başa vuracağı tarixi açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 63 yaşlı italiyalı mütəxəssis La Liqanın 1-ci turunun "Almeriya" ilə matçından əvvəl jurnalistlərin suallarını cavablandırıb. O, "Real"la müqaviləsi bitdikdən sonra məşqçilik karyerasını bitirəcəyini deyib:

 

"Dünyanın ən yaxşı klubundayam. Bu, məni hər gün motivasiya edir. Burada olduğuma görə çox xoşbəxtəm. "Real"dan ayrıldıqdan sonra karyeramı başa vuracağam".

 

Qeyd edək ki, Karlo Ançelottinin "Real"la müqaviləsi 2024-cü ilin yayına kimidir.

Xəbər xətti