"Tottenhem" Argentina millisinin üzvünü icarəyə verdi

16:30 - 15 Avqust 2022

"Tottenhem" Covani Lo Selsonu yenidən icarəyə verib.


Sportal.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirəcək. 26 yaşlı futbolçu "Vilyarreal"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Argentina millisinin üzvü 2022/2023 mövsümünü icarə əsasında İspaniya klubunda keçirəcək.


Qeyd edək Covani Lo Selso son mövsümün ikinci yarısında da "Vilyarreal"da icarədə olub. O, komandanın heyətində meydana çıxdığı 22 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti