"Yaxşı standart vəziyyət matçın taleyini həll edə bilər"

18:45 - 18 Avqust 2022

Çexiyalı futbol mütəxəssisi Miroslav Yirkal Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Viktoriya"nın "Qarabağ" qarşısındakı şanslarını dəyərləndirib. 


Sportal.az xəbər verir ki, Yirkal Plzendəki görüşdə ev sahiblərinin daha şanslı olduğunu düşünür:

"Düşünürəm ki, ikinci oyun birincisindən daha çətin olacaq. Hər iki komanda uğur qazanmaq üçün əlindən gələni edəcək. Amma “Viktoriya” evdə oynayır, bütün Çexiya onlarla birlikdə olacaq. "Viktoriya" qol şansları yaradacaq. Yaxşı standart vəziyyət matçın taleyini həll edə bilər". (iSport)

 

Xəbər xətti