Bakı təmsilçisi Qırğızıstanda oynayan qapıçını gətirdi

20:39 - 18 Avqust 2022

"Səbail" rusiyalı qapıçı Aleksandr Tuayevi baxışa dəvət edib.

Sportal.az saytına verilən məlumata görə, 23 yaşlı qapıçı bu həftənin əvvəlindən paytaxt klubunun məşqlərinə qoşulub və həftənin sonuna qədər komandanın düşərgəsində keçirəcək.

Həftəsonu onun komandadakı taleyi ilə bağlı qərar veriləcək.

Tuayevin son iş yeri Qırğızıstanın "Kaqanat"ı klubu olub.

​22 yaşlı qapıçı “Luki-Energiya”, “Kolomna” klublarında çıxış edib.

Xəbər xətti