"Liverpul" qvineyalı ilə danışıqlara başladı

22:56 - 18 Avqust 2022

"Liverpul"un futbolçusu Nabi Keyta komandanın sıralarını tərk etməyəcək. 

Sportal.az "Goal"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 27 yaşlı qvineyalı ilə müqavilə müddətini uzatmaq istəyir. Buna görə də futbolçunun agenti ilə danışıqlara start verilib.

Keytanın klubla müqaviləsi 2023-cü ilə qədərdi.

O, 2018-ci ildə "Leyptsiq"dən “Liverpul”a keçmişdi. 

Xəbər xətti