Millimizin kapitanı: "Hər zaman azarkeşlərin dəstəyini hiss edirdik"

15:59 - 11 Sentyabr 2022

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimova federasiyanın mətbuat xidmətinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqları haqda danışıb:

 

"İlk olaraq hər kəsi təbrik edirəm. Avropa çempionatının təsnifat mərhələsinin oyunlarına nəzər salsaq, onu deye bilərəm ki, Sloveniya ilə hər iki görüşdə öz oyunumuz istədiyimiz kimi alınmadı. Beləliklə, həm Bakıda, həm də səfərdə məğlub olduq. Buna baxmayaraq, sonuncu və həlledici oyunda Avstriya komandasına qalib gəldik. Bu qələbə bizə ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandırdı. Bu münasibətlə bütün komanda yoldaşlarımı, məşqçilər korpusumuzu və həmişə bizə dəstək olan azarkeşlərimizi təbrik edirəm.

 

Biz hər zaman azarkeşlərin dəstəyini hiss edirdik və çox çalışırdıq ki, qalib gələrək onlara sevinc bəxş edək. Qeyd etməliyəm ki, onlar hər zaman bizimlə oldular. Hər birinə təşəkkür edirəm".

Xəbər xətti